Ana səhifə
19 Dekabr 2018

“Windows Phone 8” sistemli smartfonlar jestləri hiss edəcək

“Microsoft” korporasiyası “Windows Phone 8” mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğular üçün “Gestures” (Jestlər) əlavəsinin beta versiyasını təqdim edib.

 

 

Ucnoqta.az xəbər verir ki, əlavə smartfonları ekrana toxunmadan jestlərlə (əl hərəkətləri ilə) idarə etməyə imkan verir. Proqramı “Windows Phone Store” əlavələr mağazasından yükləmək olar.

Proqram təminatı yalnız “Windows Phone 8” və “Windows Phone 8.1” sistemli smartfonları dəstəkləyir. Yeni proqramın funksiyasının təsvirində qeyd edildiyinə görə, "Lumia 630”, “Lumia 635” və “Lumia 530” smartfon modellərində "Gestures Beta” əlavəsinin funksionallığı məhdudlaşdırılıb.

Əlavə smartfonun xüsusi jestlər vasitəsilə bir sıra funksiyalarını idarə etməyə imkan verir. Belə ki, istifadəçilər smartfonu qulağa yaxınlaşdırmaqla zəngə cavab verə, qurğunun ekranını daxil olan zəngin səsini kəsmək üçün arxa tərəfə çevirə və ya danışıq zamanı smartfonu düz yerdə ekran üzərində qoymaqla səsli rabitəni işə sala bilərlər. 

ABŞ korporasiyası hazırda əlavəni sınaqdan keçirərək gələcəkdə onu “Windows 10” əməliyyat sistemində də buraxmağı planlaşdırır (mincom.gov.az).

Tarix
17 Dekabr 2014 [20:11]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin