Ata ehtiyatsızlıqdan 5 yaşlı oğlunu öldürdü- Qubada

Quba rayonunda ata oğlunu ehtiyatsızlıqdan öldürüb.

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Barlı kəndində baş verib. Kənd sakini Bəhərçin Vəliyev “QAZel” markalı avtomobili arxaya sürərkən 2014-cü il təvəllüdlü oğlu Rəvanı vurub. Təkərin altında qalan R. Vəliyev xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə yerinə Quba rayon prokurorluğunun əməkdaşları gəlib. Azyaşlının meyiti ekspertiza olunmaq üçün Xaçmaz rayon Mərkəzi Xəstəxanasının morquna gətirilib.
Faktla bağlı Xaçmaz rayon prokurorluğunda araşdırma aparılır.

Xəstəxanadan məlumatı “Qafqazinfo”ya təsdiqləyiblər.

Tarix
12 Yanvar 2019 [22:40]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Paytaxtda sərnişindaşıma xidmətindən razısınız?
 bəli
 xeyr
 bilmirəm
 tam razı deyiləm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin