Cəlilabadda yol qəzası olub, xəsarət alan var

21:44 - 12 Yanvar 2019 - HADİSƏ

 Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə Cəlilabad şəhəri ərazisində qeydə alınıb. Qəza nəticəsində şəhər sakini, 1997-ci il təvəllüdlü Əmişov Hüseyn Əmiş oğlu müxtəlif bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti