Riçard Almeyda rəsmən “Qarabağ”da - Foto

14:29 - 12 Yanvar 2019 - İDMAN

Azərbaycan millisinin üzvü Riçard Almeyda “Qarabağ”a dönüb.

O, artıq Ağdam klubunun Antalyadakı düşərgəsindədir.

 Bununla bağlı "Qarabağ"ın meneceri Asif Əsgərov "İnstagram"da paylaşım edib. Foto payalaşan Əsgərov "he is back" (o geri döndü) deyə yazıb. 

“Astana”da mövsümün ilk yarısını keçirən braziliyalı oyunçu artıq məşqlərə start verib.qafqazinfo


Xəbər xətti