Ana səhifə
24 Yanvar 2019

İlham Əliyev: “Vergi və gömrük sahəsində aparılan islahatlar çox böyük əhəmiyyət daşıyır”

 2018-ci ildə Azərbaycan 3-cü peykini orbitə buraxıb, Cənub Qaz Dəhlizinin rəsmi açılışı olub, Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) layihəsi işə düşüb, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı fəaliyyətə başlayıb.

Bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bildirib. Ötən ili həm də dərin islahatlar dövrü kimi xarakterizə edən dövlət başçısı əsas iqtisadi göstəriciləri də açıqlayıb. O deyib ki, 2018-ci ildə Azərbaycanda ümumi daxili məhsul istehsalı 1,4% artıb, o cümlədən qeyri-neft sektoru 1,8%, sənaye sektoru 1,5%, kənd təsərrüfatı sektoru isə 4,6% böyüyüb. Ölkənin valyuta ehtiyatları 45 mlrd. ABŞ dollarına çatıb, 118 min daimi iş yeri yaradılıb.

Sonra maliyyə naziri Samir Şərifov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev 2018-ci ildə görülən işlər və qarşıda duran vəzifələr haqqında məruzə ediblər.

Yekun nitqində 2019-ci ildə qarşıya qoyulan vəzifələrin icra olunacağına əminliyini ifadə edən prezident bildirib ki, vergi və gömrük sahəsində aparılan islahatlar çox böyük əhəmiyyət daşıyır. İ.Əliyev həmin sahələrdə şəffaflığın, dürüstlüyün təmin edildiyini, korrupsiyaya qarşı güclü mübarizənin aparıldığını, sağlamlaşdırma prosesinin getdiyini və artıq gözəl nəticələrin əldə edildiyini vurğulayıb.

Bu il də infrastruktur layihələrinin icra ediləcəyini deyən Prezident qazlaşdırma, içməli su təminatı, kənd və magistral yolların salınması, meliorativ tədbirlərin görülməsi, məcburi köçkünlərin, şəhid ailələri və Qarabağ əlillərinin, həmçinin hərbçilərin sosial şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlərin həyata keçiriləcəyini qeyd edib. report

Tarix
11 Yanvar 2019 [15:16]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin