Ana səhifə
24 Yanvar 2019

Kliniki Tibbi Mərkəz: Gürcüstanda insanların ölümünə "donuz qripi" səbəb olmayıb

"Donuz qripi"nə qarşı vaksin yoxdur, ölkəyə belə bir vaksinin gətirilməsi barədə məlumatlar düzgün deyil.

Ucnoqta.az Trend-ə istinadən xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzin infeksion qəbul şöbəsinin müdiri Mahir Rəhimov bildirib. Onun sözlərinə görə, dünyada mövsümi qripə qarşı vaksin istifadə edilir:

""Donuz qripi" ilə quş qripləri eyni növ qriplərdir. "Donuz qripi" ölümə səbəb olmur. Ancaq "donuz qripi"nə tutulmuş insan staflikok törədicilərinə də yoluxduqda bu, ölümə səbəb olur. Gürcüstanda insanların ölümünə "donuz qripi" səbəb olmayıb. Onların ölümünə staflikok tipli törədicilər səbəb olub".

Dünyanın hər bir yerində qripə yoluxma hallarının olduğunu deyən
Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev deyib ki, 2006-cı ildən indiyədək Azərbaycanda kəskin respirator virus infeksiyaları ilə əlaqədar xüsusi palatalar ayrılıb.

Onun sözlərinə görə, Azərbaycanda müvafiq qurumlar tərəfindən qabaqlayıcı tədbirlər görülür.

Tarix
11 Yanvar 2019 [15:02]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin