Ana səhifə
24 Yanvar 2019

Səhiyyə Nazirliyi: "Azərbaycanda donuz qripi yoxdur"

Azərbaycanda qripə yoluxma epidemik həddi keçərsə...

Azərbaycanda qripə yoluxma epidemik həddi keçərsə, Səhiyyə Nazirliyi ona qarşı mübarizə aparmaq iqtidarındadır. Bunu Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev deyib.
Onun sözlərinə görə, müxtəlif KİV-lərdə Azərbaycanda donuz qripinin olması barədə məlumat yayılıb: "Azərbaycanda donuz qripi yoxdur. Əhalidə xof yaratmaq olmaz. Qonşu ölkələrdə donuz qripinin olması elan edilib. Azərbaycanda donuz qripi kütləvi şəkildə yayılarsa, səhiyyə sistemi onun qarşısını ala bilər, tibb işçiləri onun qarşısını almaq iqtidarındadırlar".

İ.Ağayev əlavə edib ki, ölkəyə donuz qripi ilə əlaqədar vaksinin gətirilməsi barədə məlumatlar düzgün deyil: "Qonşu Gürcüstanda H1N1 virusu yayılıb. Ancaq biz heç kimə qadağa qoya bilmərik ki, Azərbaycana gəlməyin və ya burdan getməyin. Gürcüstanda olan xəstələrin hamısı izoləedici şəraitdədirlər".trend

Tarix
11 Yanvar 2019 [14:45]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin