““Beşiktaş”ı dəstəkləyirəm” - Qurban Qurbanov- Video

13:05 - 11 Yanvar 2019 - İDMAN

Türkiyənin "Haber Global" telekanalı Antalyada təlim-məşq toplanışında olan "Qarabağ"ı ziyarət edib.

Telekanal həmçinin baş məşqçi Qurban Qurbanovdan müsahibə alıb. Qurbanov əvvəlcə “Qarabağ”la hədəflərindən danışıb: “Konkret məqsədim yoxdur. Hər il daha yaxı çıxış etməyə, uğur qazanmağa köklənmişəm”.
Təcrübəli mütəxəssis Azərbaycan və Türkiyə arasında futbolçu transferlərinin azlığından söz açıb: “Bu ciddi problemdir. Azərbaycanlı futbolçuların legioner həyatı yaşaması problemdir. İstəyərəm ki, bizim oyunçular Türkiyə Superliqasında iştirak etsin. Çünki səviyyə yüksəkdir”.

Qurbanov Türkiyə millisinə və “Beşiktaş”a azarkeşlik etdiyini bildirib: “Türkiyədəki matçları izləyirəm. Milli komandaya daa çox azarkeşlik edirəm. Klublardan isə “Beşiktaş”ı dəstəkləyirəm”.qafqazinfo

Xəbər xətti