85 nəfər Azərbaycan vətəndaşlığından məhrum edilib

Ötən il 85 nəfər Azərbaycan vətəndaşlığından məhrum edilib 

2018-ci ildə 85 nəfər Azərbaycan vətəndaşlığından məhrum edilib. Ucnoqta.az Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib. V.Hüseynov bildirib ki, vətəndaşlığın itirilməsi ilə bağlı qərarlar məhkəmələr tərəfindən qəbul edilib. Xidmət rəisi, həmçinin 2018-ci ildə quruma işə götürülənlərin sayını açıqlayıb.
V.Hüseynov bildirib ki, yeni işçilərin götürülməsi ilə bağlı 2 müsabiqə keçirilib: "Onlardan biri kiçik heyətə əməkdaşların qəbul edilməsi, 2-cisi isə orta rütbəli heyətə işçilərin qəbul edilməsi ilə bağlı olub. 1-ci müsabiqə üzrə 9 yeni əməkdaş artıq qəbul edilib, 2-ci müsabiqə üzrə isə test mərhələsi başa çatıb və hazırda müsahibə mərhələsi davam edir. Bu müsabiqədə də 14 yeni əməkdaşın işə qəbulu nəzərdə tutulur".

Tarix
11 Yanvar 2019 [12:19]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-01-11 12:19:10
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin