Ana səhifə
24 Yanvar 2019

71 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Respublikanın daxili işlər orqanları ümumən cinayətkarlığa, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini uğurla və qətiyyətlə davam etdirirlər.

DİN-dən Ucnoqta.az-a verilən məlumata görə, bu istiqamətdə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin təkcə 10 günü ərzində güclü təsiredici xüsusiyyətə malik, ümumi çəkisi 71 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə, o cümlədən 10,7 kiloqramdan çox heroin, 14,6 kiloqrama yaxın həşiş, 45,6 kiloqram marixuana və 60 qram tiryək götürülərək qanunsuz dövriyyədən çıxarılıb.
Saxlanılan şəxslər maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Tarix
11 Yanvar 2019 [10:53]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin