Ana səhifə
24 Yanvar 2019

Quba-Xaçmaz yolundakı dəhşətli qəzanın SƏBƏBİ - Sürüşkən yol, mövsümə uyğun olmayan şinlər

Bu gün səhər saat 09-00 radələrində Quba-Xaçmaz avtomobil yolunun 7-ci kilometrliyində hərəkətdə olan “VAZ 21010” markalı avtomobil yolda sürüşərək qarşıda gedən “Ford” markalı avtomobilə çırpılıb. Nəticədə, “VAZ 21010” markalı avtomobildə olan 3 sərnişin dünyasını dəyişmiş, sürücü isə xəsarət alıb.

Ucnoqta.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev Modern.az-a deyib ki, hadisəsi “VAZ 21010” markalı avtomobilin sürücüsünün yolun sürüşkən olmasını nəzər almaması, qarşıda gedən avtomobillə ara məsafəsini və sürət həddini düzgün seçməməsi nəticəsində baş verib.         
“Araşdırma zamanı o da müəyyən edilmişdir ki, “VAZ 21010” markalı avtomobilin təkərlərinin şinləri mövsümə uyğun olmayan və müvafiq texniki göstəricilərə cavab verməyən vəziyyətdə olub.

Baş DYP İdarəsi bu hadisəni nəzərinizə çatdırmaqla bir daha sürücülərə qış mövsümü ilə əlaqədar olaraq nəqliyyat vasitələrini idarə edərkən diqqətli olmalarını, avtomobillərinin texniki sazlığına, xüsusilə təkərlərin mövsümə uyğunluğunu təmin etmələrinin, hərəkət zamanı hava şəraitini düzgün qiymətləndirmələrini tövsiyə edir.

Əmin olun ki, qanunun tələblərinə riayət etməklə və müsbət təcrübədən yararlanmaqla qəzalardan yayınmaq mümkündür".

Tarix
10 Yanvar 2019 [20:43]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin