İspaniyada ermənilərdən ibarət quldur dəstəsi saxlanıldı

İspaniyada danışılmış tennis oyunlarının təşkil edilməsi ilə məşğul olan ermənilərdən ibarət qruplaşma zərərsizləşdirilib.

On beş nəfər saxlanılıb, daha 68 nəfər, o cümlədən idmançılar barədə istintaq işi davam edir. Oxu.Az RİA Novostiyə istinadən məlumat verir ki, danışılmış oyunlarda əsasən “İTF Futures və Challenger” kateqoriyalarında çıxış edən tennisçilər iştirak edib.

Qruplaşma üzvləri isə onlarla əlaqəyə girərək oyunların nəticələrini əvvəlcədən razılaşdırıblar.

Qruplaşma 2017-ci ilin fevralından fəaliyyət göstərib. Ehtimal olunur ki, bu müddət ərzində onun gəliri milyonlarla avro təşkil edib. Əməliyyat oktyabr ayında keçirilsə də, mülki qvardiya onun təfərrüatları barədə yalnız indi xəbər verib.

İspaniyanın doqquz əyalətində keçirilən axtarışlardan sonra 167 min avro nağd pul, bank kartları, tapança, bahalı avtomobillər və zərgərlik əşyaları aşkar edilib. 42 bank hesabı dondurulub, daşınmaz əmlak obyektlərinə həbs qoyulub.

Şübhəlilərə qarşı quldur dəstələrinə aid olmaq, korrupsiya, fırıldaqçılıq, çirkli pulların yuyulması, qanunsuz silah saxlanılması və şəxsi məlumatların qanundan kənar mənimsənilməsi ittihamları irəli sürülüb.

Tarix
10 Yanvar 2019 [21:00]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Paytaxtda sərnişindaşıma xidmətindən razısınız?
 bəli
 xeyr
 bilmirəm
 tam razı deyiləm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin