"Instagram"da iOS istifadəçiləri üçün yeni funksiya çıxıb

"Instagram" sosial şəbəkəsinin developerləri yeni qeydlərin eyni zamanda istifadəçinin nəzarət etdiyi bir neçə hesabda dərc edilməsinə imkan verən yeni funksiyanı sınaqdan keçirməyə başlayıblar.

"Report" xəbər verir ki, bu barədə "TechCrunch" portalı developerlərə istinadən məlumat verib. "Instagram" nümayəndəsi artıq bütün iOS istifadəçilərinin bu funksiyadan yararlana biləcəyini təsdiqləyib.

"Xidmətimizi mesajlarını tez-tez bir neçə hesabda dərc edən insanlar üçün daha rahat etmək üçün bu funksiyanı tətbiq edirik", - nümayəndə deyib.

Yeni funksiya bir neçə profildən istifadə edərək sosial şəbəkələrdə reklam yerləşdirənlər üçün faydalıdır.

Tarix
10 Yanvar 2019 [20:00]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-01-10 20:00:48
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin