Qobustan qoruğunu 123 mindən çox turist ziyarət edib

Ötən il Qobustan Milli Tarix-Bədii Qoruğunu 123 mindən çox turist ziyarət edib.

Qoruğun direktoru Vüqar İsayev bildirib ki, 2018-ci ildə Qobustan qayaüstü rəsmlərini, minilliklərin daş yaddaşını görmək üçün buraya gələn ziyarətçilərin sayı 2017-ci illə müqayisədə 40 min nəfər (təxminən 50 faiz) artıb. 123 min ziyarətçidən 58 mini xarici ölkə vətəndaşlarıdır:

“Əcnəbi ziyarətçilər 20-dən artıq ölkədən – Türkiyə, İran, Rusiya, Almaniya, İngiltərə, Pakistan, Çin, ABŞ, İndoneziya, Qazaxıstan və ərəb ölkələrindən gəliblər. Bununla yanaşı, bəzən bizim üçün ekzotik hesab olunacaq ölkələrdən də turistlərimiz olur. Məsələn, Fici adaları və Dominikan Respublikası kimi”.

Qeyd edək ki, 2017-ci ildə qoruğu 80 mindən çox turist ziyarət edib.

Tarix
10 Yanvar 2019 [12:51]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-01-10 12:51:53
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin