Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının rəhbəri Britaniya səfiri ilə görüşüb

12:16 - 10 Yanvar 2019 - SİYASƏT

 Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev Böyük Britaniyanın Bakıdakı səfiri Karol Krofts ilə görüşüb.

Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev görüş zamanı Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının işğal olunmuş ərazilərimiz azad edildikdən dərhal sonra geri dönmək əzmində olduğunu səfirin diqqətinə çatdırıb: "Eyni zamanda Dağlıq Qarabağ bölgəsinin erməni icması ilə konstruktiv dialoqa hazır olduğumuzu və bu məqsədlə təmaslar qurulmasının tərəfdarı olduğumuzu qeyd etdim", -deyə T.Gəncəliyev vurğulayıb. 

Xəbər xətti