Külli miqdarda dərman preparatları aşkar edilib

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda dərman preparatlarının gömrük sərhədindən bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıblar.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Ucnoqta.az-a verilən məlumata görə, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı gömrük nəzarətini "Yaşıl dəhliz" buraxılış sistemi vasitəsilə keçərkən saxlanılıb və "Qırmızı dəhliz"ə yönləndirilərək ona məxsus çantalara rentgen aparatı ilə baxış keçirilib. Baxış zamanı şübhəli təsvirlər müşahidə olunduğundan çamadanlar yoxlanılıb və vətəndaşa məxsus baqajın içərisindəki şəxsi geyim əşyaların arasından sellofan paketə bükülmüş qutuda qablaşdırılan, hər birində 10 həb olmaqla, 470 konvalyut "Novartis Femara 2.5 mg" markalı dərman preparatı və həmin dərmanlara aid boş qutular aşkarlanıb. Yoxlama zamanı həmin şəxsə məxsus digər baqajın içərisində isə hər birində 10 həb olmaqla 343 konvalyut "Novartis Femara 2.5 mg" markalı dərman preparatları aşkar edilib.

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ekspert arayışına əsasən, tədqiqata təqdim edilmiş 1 ədəd konvalyutda ümumi 10 ədəd həb, üzərində "Novartis Femara 2,5 mg" sözləri yazılmış, sarı rəngli dairəvi formalı həblər letrozol tərkibli dərman preparatıdır və bu dərman preparatının 813 konvalyutunun qiyməti 47967 manat müəyyən edilib ki, bu da külli miqdar hesab olunur.

Faktla bağlı araşdırma aparılır.

Tarix
10 Yanvar 2019 [12:03]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-01-10 12:03:24
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin