İngilis model: "İnsanlar Ronaldonun necə biri olduğunu bilsəydilər, ..."

"Ronaldo zorba, yalançı və psixdi" 

Kriştianu Ronaldonun keçmiş sevgilisi Jasmin Lennard şok paylaşımla gündəmə gəlib. Ucnoqta.az Matç.az saytına istinadən xəbər verir ki, 10 il əvvəl Ronaldo ilə eşq həyatı yaşayan ingilis model tvitter hesabı vasitəsilə portuqaliyalı futbolçu barədə inanılmaz ittihamlar səsləndirib.
34 yaşlı superulduzla sonuncu dəfə 18 ay əvvəl görüşdüyünü yazan Lennard onu belə qələmə verib: "Ronaldo zorba, yalançı və psixdi. Təcavüzlə bağlı məhkəmədə Katrin Mayorqaya kömək edəcəm. Deyəcəyim sözlərə heç kim inanmazdı. Yaxşı ki, ağıllı qızam, əlimdə çox dəyərli mesaj və sübutlar var. İnsanlar Ronaldonun necə biri olduğunu bilsəydilər, şoka düşərdilər. Artıq yerimdə oturub onun yalan danışmasını izləməyəcəm".

Qeyd edək ki, model Katrin Mayorqa məhkəməyə müraciət edərək, Kriştianu Ronaldonun 2009-cu ildə Las-Veqasda onu zorladığını iddia edib.

Tarix
10 Yanvar 2019 [11:49]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Paytaxtda sərnişindaşıma xidmətindən razısınız?
 bəli
 xeyr
 bilmirəm
 tam razı deyiləm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin