Gürcüstanda daha bir nəfər qripdən ölüb

Gürcüstan paytaxtı Tbilisidə 22 yaşlı gənc qadın qrip virusundan ölüb.

Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, o, bir həftə öncə qripin törətdiyi ensefalit diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Bir neçə gün ərzində qadın süni tənəffüs aparatına qoşulmuş vəziyyətdə müalicə olunub. Həkimlərin səylərinə baxmayaraq, gəncin həyatını xilas etmək olmayıb.
Qadının “donuz qripi”ndən ölməsi ehtimal olunur. Ölümün dəqiq səbəbi ekspertizadan sonra müəyyən olunacaq.

Dünyasını dəyişən qadının tibb fakultəsinin tələbəsi olduğu və virusa növbədə qaldığı xəstaxanada yoluxduğu bildirilib. Onun yaş yarımlıq övladı olduğu bildirilir. 

Tarix
10 Yanvar 2019 [11:13]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-01-10 11:13:44
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin