Ana səhifə
18 Avqust 2018

"Facebook"-da virus xəbərdarlığı

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi (ETM) "Facebook" sosial şəbəkəsinin istifadəçilərini potensial təhlükə barədə xəbərdar edir və akkauntların oğurlanmasının qarşısını almaq üçün cinayətkarlardan qorunma metodlarını tətbiq etməyi tövsiyə edir.

 

 

Ucnoqta.az xəbər verir ki, Mərkəz "Facebook" sosial şəbəkəsinin istifadəçilərinə "OMG", "Private video" və digər adların olduğu məlumatlarda linkləri açmamağı tövsiyə edir.

Zərərli proqram sosial şəbəkədə dostlara məlumat adı altında yayılır. İstifadəçi məlumata daxil olarkən videoçarxın olduğu səhifəyə yönəldilir. Ona baxmaq üçün kənar proqram yükləmək təklif olunur.

İstifadəçi istinadı açmaqla dostları arasında zərərli kod göndərişinin mənbəyinə çevrilir. İstinaddan istifadə etmiş istifadəçilərə "Facebook-akkaunt"a çıxış parolunu dəyişmək tövsiyə olunur. Mərkəz Facebook-dan düzgün və təhlükəsiz istifadə üzrə kitabçadan yararlanmağı tövsiyə edir.

 

Tarix
16 Dekabr 2014 [18:08]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin