Bakıda gözəllik salonunda qadın keçmiş əri tərəfindən bıçaqlandı

10:37 - 9 Yanvar 2019 - HADİSƏ

Bakıda gözəllik salonunda bıçaqlanma hadisəsi baş verib.

Hadisə paytaxtın Binəqədi rayonu ərazisində baş verib. Nərimanov rayonu, Atatürk prospektində yaşayan, 1978-ci il təvəllüdlü Rzayeva Aynur Osman qızı Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yerləşən "Stil" Gözəllik Salonunda keçmiş həyat yoldaşı, 1974-cü il təvəllüdlü Rzayev Zaur Ağahüseyn oğlu tərəfindən bıçaqlanıb.
A.Rzayeva çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci( qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb.

Keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Z. Rzayev saxlanılıb.

Xəbər xətti