Serbiyalı baş məşqçi Azərbaycan millisindən imtina edib

14:16 - 8 Yanvar 2019 - İDMAN

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə namizəd olan Milan Obradoviç yığmamızın "sükanı arxası"na keçməyəcək.

Bu barədə Serbiya millisinin çalışdırıcısı Mladen Krstayiç məlumat verib: "Milan Obradoviçə təklif gəlsə də, getməyəcək. O, bundan imtina etdi. Obradoviç Serbiya yığmasında çalışmağa davam edəcək. Onun dəyişdirilməsini tələb etmək, lazım deyil".
Qeyd edək ki, 41 yaşlı mütəxəssis Serbiyanın U-19 yığmasını çalışdırır.qafqazinfo

Xəbər xətti