ETSN-dən hava şəraiti ilə bağlı Xəbərdarlıq

13:30 - 8 Yanvar 2019 - ÖLKƏ İÇİ

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraiti ilə bağlı xəbərdalıq edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Ucnoqta.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 09-da arabir güclənən cənub-qərb küləyinin 09-u axşam güclü şimal-qərb küləyi ilə əvəz olunacağı, 10-da gecə və səhər arabir şiddətlənəcəyi, yanvarın 09-da bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Azərbaycanın rayonlarında yanvarın 09-10-da qərb küləyinin ayrı-ayrı yerlərdə arabir güclü olacağı, yanvarın 09-da bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir

Xəbər xətti