AŞPA-nın qış sessiyasının gündəliyi açıqlanıb

12:42 - 3 Yanvar 2019 - SİYASƏT

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının gündəliyi açıqlanıb.

"Report" AŞPA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, qış sessiyası yanvarın 21-25-də Strasburqda keçiriləcək. Sessiya zamanı AŞPA deputatları dezinformasiya və təbliğat kontekstində kütləvi informasiya vasitələri və mətbuat azadlığı barədə birgə müzakirələr aparacaqlar. Həmçinin interneti idarəetmə və insan hüquqları məsələləri də müzakirə olunacaq.

Yanvarında 21-də Gürcüstanda keçirilmiş prezident seçkiləri (28 oktyabr və 28 noyabr) və Ermənistandakı növbədənkənar parlament seçkiləri (9 dekabr) müzakirə olunacaq.

Yanvarın 22-də sessiyada Finlandiyanın xarici işlər naziri Timo Soyni, yanvarın 23-də Albaniyanın XİN başçısı Ditmir Buşati çıxış edəcəklər.

Həmçinin "Rusiyanın Ukraynaya qarşı açıq təcavüzü: sülh prosesinin pozulması və Avropa təhlükəsizliyi üçün təhlükə" mövzusunda təcili müzakirələrin keçirilməsi tələb edilib.

Xəbər xətti