Çinin kosmik aparatı ilk dəfə Ayın əks tərəfinə enib

10:04 - 3 Yanvar 2019 - DÜNYA

 Çinin "Çane" kosmik aparatı bəşəriyyət tarixində ilk dəfə Ayın əks tərəfinə enib.

"Report" xəbər verir ki, bu barədə Çinin "Sinhua" agentliyinin "Twitter" səhifəsində məlumat verilib. Çin televiziyasının məlumatına görə, aparat Çin vaxtı ilə 10:26-da (Bakı vaxtı ilə 06:26) Aya eniş edib.

Çin rəsmiləri bu hadisənin kosmsonu mənimsənilməsində mühüm mərhələ olduğunu vurğulayıblar.

Xəbər xətti