Bakı Uşaq Teatrı Şaxta babanı Gədəbəyə aparıb

Teatr kollektivi Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə region məktəbliləri üçün şənliklər keçirir.

Şənliklər Gədəbəy rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutub. Ucnoqta.az xəbər verir ki, Azərbaycanı qarış-qarış gəzən Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bakı Uşaq Teatrı bu dəfə  Gədəbəydə “Şaxta babanın toyu” tamaşasını nümayiş etdirir. 

Tamaşanın quruluşçu rejissoru respublikanın əməkdar artisti İntiqam Soltan, rejissor köməkçisi İlhamə Əhmədova, rəssamı Sevda Məmmədovadır. Musiqi tərtibatı Rauf Hüseynliyə, rəqslərin quruluşu Könül Şahbazovaya məxsusdur.
Tamaşa Gədəbəy tamaşaçıları tərəfindən maraqla qarşılanıb, nağıl qəhrəmanları ilə görüş balacaların sevincinə səbəb olub. Tamaşada dünyanın müxtəlif xalqlarının nağıl qəhrəmanlarının iştirakı sülhü, mehribançılığı təbliğ etməklə yanaşı, uşaqlara vətənpərvərlik hissləri də aşılanır.

"Şaxta babanın toyu" 02 yanvar saat 11:00 və 13:00 da Bakıda teatrın müvəqqəti yerləşdiyi Qaraçuxur qəsəbəsi Q. Abbasov adına mədəniyyət evində də keçiriləcək.

Tarix
30 Dekabr 2018 [18:57]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2018-12-30 18:57:00
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin