Ana səhifə
22 İyun 2018

Psixoloji yardım haqqında qanun qəbul ediləcək

Azərbaycanda bu il  “Psixoloji yardım və psixoloji xidmət haqqında” qanunun qəbulu gözlənilir.  Ucnoqta.az-ın məlumatına görə, bunu parlamentin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında deputat Bəxtiyar Əliyev bildirib. Onun sözlərinə görə, bu layihənin ilkin bazası üçün materiallar var və Sosial siyasət komitəsi ilə birgə qanunun hazırlanması mümkündür.

O qeyd edib ki, belə bir qanunun qəbulu artıq Azərbaycan üçün çox vacibdir: “Bu gün intihar hallarının, yol qəzalarında həlak olanlarının say çoxluğunu nəzərə alaraq bu cür psixoloji xidmətlərə hüquqi baza yaratmaq, güclü dəstək vermək lazımdı”.

Deputat onu da qeyd edib ki, Azərbaycanda müxtəlif adda psixoloji yardım mərkəzləri fəaliyyət göstərməyə başlayıb ki, onların fəaliyyətinin mahiyyəti bəlli deyil: “Qanunla belə psixoloji yardım mərkəzlərinin də fəaliyyəti tənzimlənəcək”.

Tarix
29 Sentyabr 2014 [18:52]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin