Ana səhifə
24 Yanvar 2019

“Şaxta babaya məktub”lar oxundu

İl ərzində müxtəlif sosial aksiyalar, tamaşa və konsertlərlə həmyaşıdlarını sevindirən “Oyuq”çular ilin sonunu, Yeni il həyəcanını da yaddaqalan etdi.

Teatrın mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, belə ki, A. Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdindəki “Oyuq” teatr-studiyası “Şaxta babaya məktub” adlı xeyriyyə aksiyasını keçirdi. Dekabrın 25-də (saat 12:00) baş tutan aksiyada Bakının uşaq evi, internat məktəbi və sığınacaqlarında yaşayan 50-60 nəfər uşağın Şaxta Babaya ünvanladıqları məktublardakı rəngarəng arzuları reallaşdırıldi. Belə ki, bir neçə gün öncədən aksiya təşkilatçılarının ünvanına göndərilən onlarla istək məktubundakı oyuncaqdan geyimə bütün əşyalar alınaraq və elə tədbir günü Şaxta Baba tərəfindən onlara təqdim olundu.

Təbii ki, tədbir bununla məhdudlaşmadi və balacalarımızın sevimli səhnələrindəki əsas arzuları – tamaşa nümayişi də reallaşdi. 

Unudulmaz günün premyerası isə maraqlı ideyası və səhnə yozumu ilə yaddaşlarda iz qoyan “İki meşənin nağılı” tamaşası ilə oldu. Səhnələşdirənləri Qurban Məsimov, Səidə Haqverdiyeva, quruluşçu rejissoru Günay Səttar, quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı Vüqar Camalzadə olan bu rəngarəng tamaşada uşaqlara sevimli nağıl qəhrəmanlarının səhnə çələngi təqdim olundu.

Iki fərqli meşədə baş verən hadisələrin fonunda balacalara sevgi və humanizm aşılayan səhnə işinin əsas ideyası “dünyanı dostluq xilas edəcək” şüarıdır.

 

Tarix
28 Dekabr 2018 [21:33]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin