ABŞ-da çovğunlu havada 2 nəfər ölüb

18:00 - 28 Dekabr 2018 - DÜNYA

ABŞ-ın Orta Qərb regionunda çovğunlu hava nəticəsində 2 nəfər ölüb.

“Report” yerli KİV-ə istinadən xəbər verir ki, əlverişsiz hava şəraiti üzündən baş verən hadisələr nəticəsində Kansas və Luisiana ştatlarının hər birində 1 nəfər dünyasını dəyişib. Çövğunlu hava barədə xəbərdarlıqlar Kansas, Nebraska, Şimali və Cənubi dakota, Minnesota ştatlarında verilib.

Dekabrın 26-dan ölkə ərazisində çovğunlu hava ucbatından 800-dək təyyarə reysi ləğv edilib, 6500-dən çox reys isə təxirə salınıb.

Xəbər xətti