Bakıda traktor yandı- yaxınlıqdakı 2 avtomobilə ziyan dəydi

13:28 - 27 Dekabr 2018 - HADİSƏ

Bakı şəhərinin Yasamal rayonunda traktor qoşqusunun yanar hissələri yanıb.

FHN-dən verilən məlumata görə, yüksək temperaturdan yaxınlıqda dayanmış “Hyundai” markalı minik avtomobilinin arxa buferi və “Mitsubishi” markalı minik avtomobilinin qabaq buferi qismən əriyib. Avtomobillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti