Ana səhifə
25 Sentyabr 2018

Ələtin paytaxt olması yalan xəbərdir - RƏSMİ AÇIQLAMA

"Ələt loqistik mərkəz olacaq,  paytaxt yox. Mətbuatda Ələtin paytaxt olmaq xəbəri yanlış ifadədir".

 

Ucnoqta.az xəbər verir ki, bunu açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev deyib.

C.Qocayevin sözlərinə görə,  ümumiyyətlə,  istənilən bir strukturun, paytaxtın hansısa  regionuna köçürülməsi paytaxtın dəyişdirilməsi ilə heç cür əlaqələndirilə bilməz: "Məsələn, “Azəryol” ASC Biləcəridə özünə inzibati bina tikdirir və bütün təşkilatlarını  həmin binaya köçürəcək. Və ya "Azərenerji" Şirvanda məskunlaşa bilər. Xəzər Dəniz Gəmiçiliyi  artıq Ələtə köçürülüb. Bunlar o demək deyil ki, paytaxt köçürülür. İndi  Ələtlə bağlı həyata keçirilən tədbirlər Abşeron yarımadasının ekoloji, nəqliyat, insan sıxlığı yükünün azaldılması ilə bağlıdır. Ələtdə əhali sıxlığı 1 hektara 1 nəfər düşür. Yəni orada əhalinin sıxlığı sıfıra bərabərdir. Abşeronda olan sənaye müəssisələri gəmiqayırma ilə bağlı müəssisə, liman köçüb. Ələt öz infrastrukturuna görə regional əhəmiyyətli loqistik mərkəz olacaq. Burada dördtərəfli nəqliyyat, dəmiryol xətti gəmi nəqliyyatı və yeni aeroportun açılması da gözlənilir. Ola bilsin ki, yaxın gələcək üçün  bir şəhər kimi formalaşacaq. 20-30 ildən sonra müstəqil şəhər olacaq. Hal-hazırda orada görulən işlər  Bakının yenidən qurulması, ərazi planlaşdırılmasının müstəqil nöqteyi-nəzərindən yeni qərar qəbul edilməsi ilə bağlıdır. Paytaxtın köçürülməsi isə ağlabatan söhbət deyil. Biz həmişə demişik ki, Ələt böyük bir şəhər olacaq”.(Hafta.az)

 

Tarix
10 Oktyabr 2014 [15:39]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin