"Arsenal"ın baş məşqçisi azarkeşdən üzr istəyib

11:32 - 27 Dekabr 2018 - İDMAN

London "Arsenal"ının baş məşqçisi Unay Emeri futbol üzrə İngiltərə Premyer Liqasının XIX turunda "Brayton" komandası ilə oyun zamanı əsəblərini cilovlaya bilməyib.

Görüşün axırlarında ispaniyalı mütəxəssisin acığından zərbə endirdiyi su qabı tribunadakı azarkeşlərdən birinə dəyib.
Bundan dərhal sonra 47 yaşlı mütəxəssis həmin fanata əl uzadaraq ondan üzr istəyib. Emeri istəyinin meydanda həyata keçməməsi səbəbindən hisslərinə hakim ola bilmədiyini söyləyib: "Oyunçuların meydanda mövqe dəyişikliklərini daha yaxşı nəzarətdə saxlamaq istəyirdim. Lakin fasilədən sonra ideyalarımı gerçəkləşdirmək alınmadı. İkinci hissədə daha az qol imkanı yaratdıq. Son dəqiqələrdəki epizodların birində əsəbi halda su qabını təpiklə vurdum. Zərbə güclü olmasa da, su qabı azarkeşlərdən birinə dəydi. Mən isə dərhal ondan üzr istədim".

Qeyd edək ki, oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Xəbər xətti