Bakıda kütləvi dava, bir nəfər bıçaqlandı

10:10 - 27 Dekabr 2018 - HADİSƏ

Bakıda kütləvi dava baş verib.

Hadisə paytaxtın Binəqədi rayonu ərazisində qeydə alınıb. Kütləvi dava rayonun Dərnəgül qəsəbəsi, Ağasadıq Gəraybəyli küçəsində naməlum şəxslər arasında olub.
Dava nəticəsində Bakı şəhər sakini, 1999-cu il təvəllüdlü Səfərli Ülvi Mahir oğlu bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb, hadisə iştirakçılarının müəyyən edilərək saxlanılması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.trend

Xəbər xətti