Saatlıda minik avtomobili yanıb-Foto

15:24 - 26 Dekabr 2018 - HADİSƏ

 Saatlı rayonunda minik avtomobili yanıb. 

Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Qarayevkənd kəndi ərazisində qeydə alınıb. Belə ki, Şirvan şəhər sakini Zaur Musayev avtomobillə hərəkətdə olarakən onun ön panelinin tüstüləndiyini görüb. O, maşınına elektrik verilişini dayandırsa da, ancaq yanğının qarşısını ala bilməyib. Sürücü xəsarət almasa da, avtomobili tamamilə yanaraq sıradan çıxıb.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti