Ana səhifə
15 Dekabr 2018

Qurban Qurbanov: "İtaliyaya qol vura bilərik"

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bu gecə Bakı vaxtı ilə saat 23:45-də keçiriləcək İtaliya-Azərbaycan matçı haqqında fikirlərini bildirib. 
 

Ucnoqta.az” “Qarabagh FK” facebook səhifəsinə istinadən xəbər verir ki, Qurbanov italyanların millimizə qarşı aqressiv oynayacaqlarını deyib: “Komandamıza uğurlar arzulayıram. İtaliyanı müəyyən mənada tanış rəqib saymaq olar. Elə bu yaxınlarda “Qarabağ” səfərdə “İnter”lə qarşılaşdı. Bəzi oyunçular bir-birini yaxşı tanıyır. Böyük ehtimalla İtaliya da “İnter”in bizə qarşı oynadığı kimi çıxış edəcək. Bu, çox ciddi rəqibdir. Kontenin gəlişindən sonra komanda dəyişib. İtalyanlar bizə qarşı aqressiv çıxış edəcəklər. Ümid edirəm ki, komandamız layiqli çıxış edəcək. Şübhəsiz ki, məşqçilər komandanı oyuna nəticə qazanmaq üçün çıxaracaq. İtaliyaya qol vurmaq olarmı? Rəqibin güclü müdafiə xətti var. Amma mümkünsüz heç nə yoxdur. Uğur bizim tərəfimizdə olsa, qol da vura bilərik”.

 

Tarix
10 Oktyabr 2014 [15:37]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin