Gəncə bazarında 28 yaşlı gənc bıçaqlanıb

11:37 - 24 Dekabr 2018 - HADİSƏ

Onun vəziyyətinin ağır olduğu bildirilir

Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində yerləşən bazarda qeydə alınıb. Belə ki, 1990-cı il təvəllüdlü Miriyev Nicad Ədalət oğlu hələ ki, məlum olmayan səbəblərdən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib və əməliyyat olunub. Hazırda onun vəziyyətinin ağır olduğu bildirilir.

Onun kim tərəfindən və hansı səbəbdən bıçaqlandığı polis tərəfindən araşdırılır.

Xəbər xətti