ABŞ qoşunlarının bir hissəsini Əfqanıstandan çıxara bilər

10:00 - 21 Dekabr 2018 - DÜNYA

ABŞ prezidenti Donald Trampın administrasiyası Əfqanıstanda olan ABŞ hərbi kontingentinin sayını əhəmiyyətli dərəcədə azaltmaq ehtimalını nəzərdən keçirir. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə cümə axşamı "The Wall Street Journal" qəzeti yazıb. Mənbələrin məlumatına görə, Amerika qoşunlarının bir hissəsinin Əfqanıstandan çıxarılması bir neçə həftə ərzində başlaya bilər.

Xəbər xətti