Axtarışda olan şəxs saxlanılıb

14:03 - 19 Dekabr 2018 - Xəbər

Qəsdən sağlamlığa zərər vurmağa görə axtarışda olan şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, dekabrın 17-də Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə axtarışda olan İntiqam Məmmədov şəhər ərazisində saxlanılıb.

Xəbər xətti