Tanınmış fotojurnalist Elxan Kərimovun anım günüdür

13:21 - 19 Dekabr 2018 - Xəbər

Bu gün tanınmış fotojurnalist Elxan Kərimovun anım günüdür.

Elxan Əziz oğlu Kərimov 1948-ci il dekabrın 28-də Bakının Bülbülə kəndində anadan olub. 1957-1967–ci illərdə 208 saylı orta məktəbi bitirib. 1968-ci ildə əmək fəaliyyətinə başlayıb. Əvvəl Bülbülə kəndində yerləşən “Quyuların sınaqdan keçirilməsi və əsaslı təmiri” idarəsində işləyib.

1971-ci ildə Azərbaycan Pedaqoji Universitetində (keçmiş V.İ.Lenin adına APİ) çıxan “Gənc müəllim” qəzetində işləyib. 1973-1977-ci illərdə Azərbaycan Pedaqoji Universitetini bitirib. 1979-cu ildə Jurnalist Sənətkarlığı İnstitutunu bitirib. 1971-ci ildə çəkdiyi fotolar respublikada çıxan “Azərbaycan müəllimi”, “Bakı”, “Baku” və s qəzetlərdə çap olunub. 1997-ci ildə Türk beynəlxalq iş adamları “Dialoq” aylıq jurnalında foto müxbir vəzifəsində çalışıb.

Daha sonra öz fəaliyyətini “Tüsiab” jurnalında davam etdirib. 1998-ci ildə “Azadlıq” qəzetində baş foto müxbir vəzifəsində işləyib. Elxan Kərimov bir çox sertifikat və diplomlara layiq görülüb.

2004-cü il mayın 28-də “Aзeрбaйджaнcкиe Извecmия” tərəfindən foto sahəsində gördüyü işlərlə əlaqədar Sertifikata layiq görülüb. 2006-cı ildə 21 iyulunda “Foto (illürtrasiya)” nominasiya üzrə “Media Açarı 2006” mükafatına layiq görülüb.

2009-cu ildə Elxan Kərimovun 60 illik yubleyi çərçivəsində Media Mərkəzində foto sərgisi keçirilib. Elxan Kərimovun çəkdiyi foto şəkillər resbublikada çıxan qəzet və jurnallarda yayımlanmaqdadır.

Ökənin aparıcı agentliyi olan “Turan İnformasiya Agentliyi”ndə baş foto müxbir vəzifəsində çalışmış, 21 iyul 2009-cu ildə "Zərdabi" mükafatına layiq görülüb.

Fotojurnalist Elxan Kərimov 19 dekabr 2010-cu ildə vəfat edib. O, uzun müddət idi ki, ürək ağrılarından əziyyət çəkirdi. Elxan Kərimov anadan olduğu Bülbülə kəndində torpağa tapşırılıb.

24 dekabr 2011-ci ildə Azərbaycan Fotoqraflar Birliyinin (AFB) təsis etdiyi "İlin Fotoqrafi 2011"də Elxan Kərimov “Azərbaycan Foto sənətinin inkişafında müstəsna xidmətlərinə görə” fəxri diplom və mükafata layiq görülüb. (ölümündən sonra)
salamnews

Xəbər xətti