Sabunçuda avtobus piyadanı vuraraq öldürüb

12:27 - 19 Dekabr 2018 - HADİSƏ

 Bakıda avtobus piyadanı vuraraq öldürüb. 

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Belə ki, dekabrın 18-də saat 8 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində Bakı şəhər sakini Əhəd Məmmədov idarə etdiyi “İsuzu” markalı avtobusla yolu keçən paytaxt sakini Valentina Mişinkinanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Sabunçu rayon Polis idarəsi tərəfindən araşdırma aparılır.report

Xəbər xətti