Avropa İttifaqı: Azərbaycan doğru inkişaf yolundadır

12:14 - 19 Dekabr 2018 - SİYASƏT

Azərbaycan doğru inkişaf yolundadır.

Bunu Bakıda keçirilən İnsan kapitalı üzrə Forumda Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib. O vurğulayıb ki, Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi üzərində cəhdlə işləyir və müasir cəmiyyət yaratmaq istəyir.

Bu baxımdan o, ölkənin ticarət tərəfdaşı və iri investoru olan Aİ-ninn rolunu qeyd edib. Məşğulluq sahəsində Azərbaycanın qarşısında böyük çağırışların dayandığının bildirən K.Yankauskas bildirib ki, Aİ 28 üzv ölkənin ən yaxşı praktika və təcrübəsini təklif edə bilər.

Onun sözlərinə görə, Azərbaycanda reallaşdırılan layihələr arasında Aİ ən çox təhsil sahəsindəki layihələrə vəsait xərcləyir.trend

Xəbər xətti