Oqtay Əsədov İrana səfərə gedəcək

11:46 - 19 Dekabr 2018 - Xəbər

Oqtay Əsədovun səfəri İran tərəfinin dəvəti ilə dekabrın 25-də baş tutacaq

Azərbaycan parlamentinin sədri Oqtay Əsədov İrana səfər edəcək. "Report" məlumatlı mənbələrə istinadən xəbər verir ki, səfər İran tərəfinin dəvəti ilə dekabrın 25-də baş tutacaq.

Qeyd olunur ki, O.Əsədov bir sıra, o cümlədən İran parlamentinin sədri Əli Laricani, Ali Milli Təhlükəsizlik Şurasının katibi, İranın Ali rəhbərinin nümayəndəsi kontr-admiral Əli Şamxani ilə görüşlər keçirəcək.

Görüşlər zamanı ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri, eləcə də təhlükəsizlik məsələləri müzakirə olunacaq.

Xəbər xətti