Bakıda avtomobilin vurduğu piyada digər avtomobilin altında qaldı

15:19 - 18 Dekabr 2018 - HADİSƏ

Nərimanov rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Dekabrın 17-də saat 7 radələrində Nərimanov rayonu ərazisində Bakı şəhər sakini Şəmistan İbrahimov idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolu keçən paytaxt sakini Zərgər Əsgərovu vurub və nəticədə zərbədən piyada əks istiqamətdə hərəkətdə olan Bakı şəhər sakini Arif Şamilovun idarə etdiyi “Toyota” markalı avtomobilin altına düşüb. Piyada hadisə yerində ölüb.

Nərimanov RPİ tərəfindən araşdırma aparılır.trend

Xəbər xətti