Dəmir Yollarının 2 işçisini elektrik cərəyanı vurub: 1 nəfər ölüb

13:45 - 18 Dekabr 2018 - HADİSƏ

Azərbaycan Dəmir Yolları QSC-nin işçilərini elektrik cərəyanı vurub.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə Goranboy rayonunun "Goran Stansiyası" ərazisində baş verib. Belə ki, həmin ərazidən keçən dəmiryolu xəttindəki elektrik xətlərində təmir işləri aparan, Yevlax rayon sakinləri - 1958-ci il təvəllüdlü Fikrət Əlibaba oğlu İsgəndərov və 1985-ci il təvəllüdlü Rauf Məmmədovu ehiyatsızlıqdan elektrik cərəyanı vurub. 

Hər iki şəxs xəstəxanaya çatdırılıb. F.İsgəndərov yerləşdirildiyi xəstəxanada ölüb, R.Məmmədovun isə vəziyyəti ağır olaraq qalır. 

Xəbər xətti