Nurəngiz Günün 80 illik yubileyi qeyd olunacaq

17:40 - 18 Dekabr 2018 - Mədəniyyət

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 19 dekabr 2018-ci il tarixində, saat 19:00-da Azərbaycan Dövlət Musiqili Teatrında şairə Nurəngiz Günün 80 illiyinə həsr olunmuş təntənəli yubiley tədbiri keçiriləcək.

Mədəniyyət Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, tanınmış ədəbiyyat və incəsənət xadimlərinin qatılacağı tədbirdə Nurəngiz Günün həyat və yaradıcılığından, Azərbaycan ədəbiyyatına töhfələrindən danışılacaq. Həmçinin, sevilən müğənnilərin ifasında musiqilər səsləndiriləcək.

Xəbər xətti