Spiker: "O xanımın cavabını sosial şəbəkələrdə xalqımız, insanlar verdi”

12:42 - 18 Dekabr 2018 - Xəbər

Oqtay Əsədov Mübariz İbrahimovu təhqir edən qıza görə deputata irad tutdu

“Mən bu məsələni izləmişəm. Xalqın Milli Qəhrəmana olan hücumuna göstərdiyi hiddəti görmüşəm. Belə cılız məsələni Milli Məclisə çıxarmaq, onu bir qədər də tanıtmağın əleyhinəyəm”. Ucnoqta.az “Ölkə.Az”a istinadən xəbər verir ki, bu sözləri spiker Oqtay Əsədov Milli Məclisin plenar iclasında deputat Fəzail İbrahimliyə irad tutarkən deyib.
Spiker bildirib ki, Azərbaycan Milli Qəhrəmanı Mübariz İbrahimova hücum edən şəxs universitetdə oxuyur:

“Hələ heç psixoloq da deyil. Psixoloq olması üçün də illər lazımdır. O xanımın cavabını sosial şəbəkələrdə xalqımız, insanlar verdi”.

Qeyd edək ki, parlamentdə çıxış edən Fəzail İbrahimli özünü psixoloq kimi təqdim olunan gənc qızın Mübariz İbrahimov haqqında işlətdiyi fikirlərə sərt reaksiya göstərib. O, bildirib ki, bu cür hallar Azərbaycan dəyərlərinə hücumdur:

“Mən bildiyim qədər həmin xanımı məhkəməyə veriblər”.

Xəbər xətti