Şəmkirdə 41 yaşlı kişinin üzərinə metal boru düşdü

10:17 - 18 Dekabr 2018 - HADİSƏ

Şəmkirdə istehsalat qəzası nəticəsində bir nəfər ölüb.

 Şəmkir Subartezian Quyuların İstismarı İdarəsinin əməkdaşları rayon ərazisində artezian quyusunu təmir edən zaman metal boru həmin qurumun işçisi Dəllər Zəyəm kənd sakini 1977-ci il təvəllüdlü Çingiz Məmmədovun üzərinə düşüb.
Ağır bədən xəsarəti alan Ç. Məmmədova tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır.

Xəbər xətti