Rusiyada 17 yaşlı azərbaycanlı qız amansızlıqla öldürüldü

20:48 - 17 Dekabr 2018 - Xəbər

Rusiyanın İrkutsk vilayətinin Nijneudinsk şəhərində 10 gün əvvəl itkin düşən 11-ci sinif şagirdi, əslən azərbaycanlı Günel Rəhim qızı Dadaşovanın cəsədi tapılıb.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, meyiti Uda çayı yaxınlığında zibillikdə tapılan 17 yaşlı qız bıçaqlanaraq öldürülüb. Güneli qətlə yetirməkdə şübhəli bilinən 15 və 17 yaşlı yeniyetmələr həbs olunub. Onlar polisə ifadələrində G.Dadaşovanı tamah məqsədilə öldürdüklərini etiraf ediblər.

Məktəblilərdən biri imkanlı ailənin qızı olan Güneli aldadaraq mənzilinə aparıb. Onu evdə qətlə yetirən yeniyetmələr daha sonra cəsəddən xilas olmaq üçün zibilliyə atıb. Cinayətin Günelin puluna və mobil telefonuna görə törədildiyi ehtimal edilir.

Faktla bağlı cinayət işi açılıb.


Xəbər xətti