Xüsusi "ssenari" ilə gömrükdən telefon keçirmək istəyən vəzifəli şəxsin qızıdır

12:26 - 17 Dekabr 2018 - Xəbər

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı Yaqubova Layə Cümşüd qızı həyat yoldaşı Nəsibov Nurlan Vəfadar oğlu ilə birlikdə 23 ədəd mobil telefonu xüsusi "ssenari" ilə keçirməyə cəhd ediblər.

Ucnoqta.az Unikal.org-a istinadən xəbər verir ki, Yaqubova Layə Cümşüd qızı Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının baş mühasibi Şövkət Yaqubovanın qızıdır.
Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Şövkət Yaqubova saxlanılan şəxsin onun qızı, Nurlan Nəsibovun isə  kürəkəni olduğunu təsdiqləyib.

Xəbər xətti