Şou-biznesin iki küsülüsü barışdı

11:24 - 17 Dekabr 2018 - MAQAZİN

Əməkdar artist Röya Ayxanla “Bozbash Pictures”in Fəlakəti Elşən Orucov barışıb.

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə aktyorun özü məlumat yayıb. O, instaqram səhifəsində müğənni ilə şəklini paylaşaraq küsülülüyə son qoyduqlarını elan edib.  Elşən Orucov paylaşıma “Röya, başqa nə var, nə yox?” şərhini yazıb.

Qeyd edək ki, cütlük arasında soyuqluq bir il əvvəl baş verib. Hətta Röya Elşənin toyunda belə iştirak etməyib. Hər iki tərəf küsmə səbəblərini mətbuata açıqlamayıb. 

Xəbər xətti