Azərbaycan xam neft ixracından gəliri 52% artırıb

13:46 - 17 Dekabr 2018 - Xəbər

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 14 621 241,23 min. ABŞ dolları dəyərində 27 143 456,10 ton xam neft və bitumlu minerallardan alınan xam neft məhsulları ixrac edib.

"Report” Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 4 983 910,1 min. dollar (51,71%) və 2 419 727,09 ton (9,79%) çoxdur.

11 ay ərzində xam neftin ixracı Azərbaycanın ümumi ixracının 81,6%-ni təşkil edib.

Xəbər xətti